Xəzər Xəbər

Moskva danışıqları nəticəsiz qaldı, general savaşa "hə" dedi BÖYÜK MÜHARİBƏ

Dünya | 13:11 • 14 Yanvar 2020
Moskva danışıqları nəticəsiz qaldı, general savaşa "hə" dedi

"Atəşkəs müqaviləsi Liviya Milli Ordusunun bir çox tələblərinə məhəl qoymur. Buna görə də imzalamadım”.

Bunu Liviyanın inqilabçı generalı Xəlifə Haftar ötən gün Rusiyanın paytaxtı Moskvada Milli Barışıq Hökumətinin baş naziri Faiz əs-Sərrac ilə atəşkəs sazişini imzalamamasının səbəblərini "Əl-Ərəbiə” telekanalına açıqlayarkən deyib.

Qeyd edək ki, Haftar ötən gün keçirilən toplantıda müzakirələrin yekunu olaraq təqdim edilən atəşkəs müqaviləsini imzalamadan salonu tərk etmişdi.

"Sky News”un daha əvvəl verdiyi xəbərə görə, Haftar ordusunun paytaxt Tripolidə yerləşdirilməsini, Türkiyə və Suriyadan göndərilən muzdlu ordunun Liviyadan çıxmasını və parlamentdə mandata sahib olmasını tələb edir./publika.az

Xəbər lenti