Xəzər Xəbər

Rusiya və Hindistan düşməni qorxuya salan yeni raketlərini satışa çıxardı

Dünya | 12:47 • 14 Yanvar 2020
Rusiya və Hindistan düşməni qorxuya salan yeni raketlərini satışa çıxardı

Rusiya-Hindistan istehsallı səssiz "BrahMos” kruiz raketlərinin üçüncü ölkəyə tədarükü üçün ilk müqavilənin bu ilin aprel-may aylarında bağlanması planlaşdırılır.

Bu barədə "Kommersant ” "BrahMos Aerospace”in Marketinq və İxrac Departamentinin Baş meneceri Pravina Pataka istinadən məlumat verib.

Onun sözlərinə görə, tədarük bir neçə dövlətlə müzakirə olunur. Lakin yekun qərar verilməyib.

Rusiya-Hindistanın ortaq istehsal müəssisəsi olan "BrahMos Aerospace” 1998-ci ildə Hindistan Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı (DRDO) və Rusiyanın "Mühəndislik” Qeyri Hökumət Təşkilatları tərəfindən qurulub. Şirkət Hindistan və Rusiya çayları - Brahmaputra və Moskva adlarının şərəfinə qoyulub.

Müəssisə 200-300 kq ağırlıqdakı döyüş başlığı ilə təchiz edilmiş, 290 km məsafədəki ikipilləli bərk yanacaqlı kruiz raketləri istehsal edir./publika.az

Xəbər lenti