Xəzər Xəbər

Sabiq senatorun həbsi tələb edilir Dövlətə ziyan vurduğuna görə...

Dünya | 12:08 • 14 Yanvar 2020
Sabiq senatorun həbsi tələb edilir

ABŞ Konqresinin sabiq senatoru Kristofer Kollinsin həbsi tələb olunur.

Senator qanunsuz ticarətdə və dövlətə ziyan vurmaqda ittiham olunur.

ABŞ prokurorluğu buna görə keçmiş konqresmenin 5 il müddətinə (46-57 ay) azadlıqdan məhrum edilməsini istəyir.

Lakin Kollins hər şeyə görə peşmanlığını bildirib və tələb olunan həbs cəzasının ağır olduğunu dilə gətirib.

Prokurorluq hazırda 69 yaşlı Kollinsi cinayətləri ört-basdır etmək üçün federal agentlərə yalan danışmaqda, eyni zamanda Nümayəndələr Palatasında işləyərkən qanunlara əməl etməməkdə günahlandırır.

Ötən il Konqresdən istefa verən sabiq senator haqqında qəti hökm cümə günü oxunacaq./publika.az

Xəbər lenti