Xəzər Xəbər

Ukrayna məhkəməsi İrana qarşı cinayət işi açdı

Dünya | 09:46 • 14 Yanvar 2020
Ukrayna məhkəməsi İrana qarşı cinayət işi açdı

Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı İrana qarşı istintaq başlayıb.

Bu barədə Ukrayna Kəşfiyyat Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, sərnişin təyyarəsinin vurulması ilə bağlı uçuş təhlükəsizliyinin pozulması, qəsdən adam öldürmə, maddi zərər vurma maddələri ilə cinayət işi açılıb.

Xatırladaq ki, Tehranda Ukraynaya məxsus sərnişin təyyarəsinin vurulması nəticəsində 176 nəfər həyatını itirib./publika.az

Xəbər lenti