Xəzər Xəbər

Donald Tramp və Angela Merkel arasında telefon danışığı olub

Dünya | 22:12 • 13 Yanvar 2020
Donald Tramp və Angela Merkel arasında telefon danışığı olub

ABŞ Prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.


Xezerxeber.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibinin müavini Cud Dir bildirib.


"Prezident Donald Tramp dünən Almaniyanın kansleri Angela Merkel ilə telefonla danışıb. Liderlər Yaxın Şərq və Liviyadakı regional təhlükəsizlik mövzularını və digər ikitərəfli məsələləri müzakirə ediblər", - deyə Ağ Evin mətbuat katibinin müavini Cud Dir açıqlamasında əlavə edib.

Xəbər lenti