Xəzər Xəbər

“Tramp Suriyaya gələ bilər” – Putindən kritik açıqlama

Dünya | 15:08 • 13 Yanvar 2020
“Tramp Suriyaya gələ bilər”

Rusiya Prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədə ABŞ Prezidenti Donald Trampı Suriyaya dəvət etmək təklifini verib.

Bu barədə "Rossiya-1” telekanalı məlumat yayıb.

Mənbə bu məsələnin Vladimir Putinin Suriyaya sonuncu səfərində Dəməşqdəki Məryəm Kilsəsini ziyarətində müzakirə olunduğunu bildirib.

Kilsədə liderlər arasında keçən söhbətdə Əsəd Putinlə "Əgər Tramp bu yolla getsə, onda hər şey qaydasına düşəcək” zarafatını edib.

Putin isə Suriya liderinin zarafatına cavab olaraq bunu deyib: "Düzələr, düzələr. Siz dəvət edin, o gələcək”.

Bəşər Əsəd isə ABŞ prezidentini Suriyada qəbul etməyə hazır olduğunu bildirib, Putin isə bu sözləri Trampa çatdıracağını qeyd edib./teleqraf

Xəbər lenti