Xəzər Xəbər

Ağ Evdə kritik görüş: Türkiyə yaxınlığına nüvə silahı göndərilir – Sensasion anlaşma

Dünya | 15:03 • 13 Yanvar 2020
Ağ Evdə kritik görüş:

Yunanıstan Baş naziri Kiriakos Miçotakisin ötən həftə ABŞ-da Prezident Donald Trampla baş tutan görüşünün detalları məlum olub.

Bu barədə Yunanıstan mediası məlumat yayıb.

Yunan mediası Miçotakis və Trampın Türkiyənin bölgədə gərginliyi artıracaq həmlələri üçün təcili rabitə əlaqəsi üçün xüsusi xəttin qurulması barədə həmfikir olduğunu yazıb.

İki gün davam edən səfər çərçivəsində Miçotakisin Ağ Evə Türkiyənin bölgədəki hərbi fəaliyyətinin Yunanıstana narahatlıq yaratması haqda danışdığını bildirib. Yunan baş nazirin xüsusən Ankaranın Liviya hökuməti ilə hərbi saziş imzalamasından narahat olduğu vurğulanıb.

Yunan mediasında yer alan xəbərə görə, Türkiyə ilə bağlı qurulacaq xüsusi xətdən ABŞ dövlət katibinin köməkçisi Metyu Palmer məsuliyyət daşıyacaq.

Bundan başqa, Vaşinqtonun Yunanıstan hökumətinin başçısına Girit adası sahillərinə nüvə başlıqları ilə gücləndirilmiş sualtı gəmi dislokasiya etmək istəyini də çatdırdığı qeyd edilib. Məsələ haqda əlavə məlumat verilməyib./Teleqraf.com

Xəbər lenti