Xəzər Xəbər

ABŞ-dan İraqa TƏHDİD Tramp bunun üçün hər yola əl atır

Dünya | 09:29 • 13 Yanvar 2020
ABŞ-dan İraqa TƏHDİD

İranlı general Qasım Süleymaninin Bağdadda öldürülməsindən sonra ABŞ əsgərlərinin İraqdan çıxmasını gündəmə gətirən hökumət ABŞ Dövlət Departamenti tərəfindən təhdidlərə məruz qalıb.

"The Wall Street Journal” xəbər verir ki,ABŞ İraqı valyuta ehtiyatlarının olduğu Nyu-York Federal Bankındakı hesablarına girməyi əngəlləmək riski ilə təhdid edib.

Qeyd edək ki, İraqın neftdən gələn bütün gəlirləri bu bankda yerləşir. ABŞ Federal Bankı İraq Mərkəzi Bankının nə qədər valyutanı orada saxladığını açıqlamır. Lakin İraq Mərkəzi Bankının ən son açıqlanan tablolarına görə, 2018-ci ilin sonunda Nyu-York Federal Bankında 3 milyardı var.

Bu bank dünya miqyasında 250-ə yaxın ölkənin mərkəzi bankı və digər xarici rəsmi qurumların hesablarını özündə saxlayır.

Xatırladaq ki, daha əvvəl ABŞ onlara 35 milyard dollar ödəyəcəyi təqdirdə, əsgərlərini İraqdan çıxaracağını önə sürmüşdü./publika.az

Xəbər lenti