Xəzər Xəbər

İran bütün dünyanı aldatdı - Netanyahu

Dünya | 17:10 • 12 Yanvar 2020
İran bütün dünyanı aldatdı - Netanyahu

İran yalan dedi. Gizli nüvə proqramı barədə necə yalan danışırlarsa, Ukrayna təyyarəsi haqqında da elə danışdılar.

Bunu İsrail Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.

"Əvvəldən onlar bilirdilər ki, təyyarəni özləri vurub. Bilərəkdən vurulmadığını bilirdilər, amma yalan danışdılar. Onlar bütün dünyanı aldatdılar”, - Netanyahu bildirib.

Qeyd edək ki, Ukraynaya məxsus sərnişin təyyarəsinin Tehran yaxınlığında 8 yanvarda raketlə vurulması nəticəsində 176 nəfər sərnişin və ekipaj üzvünün hamısı ölüb. İran Ukraynanın sərnişin təyyarəsini səhvən vurduğunu etiraf edib./axar.az

Xəbər lenti