Xəzər Xəbər

Sabiq prezident qızının evindən görün, nələr tapıldı 4 dövlətlə...

Dünya | 16:56 • 12 Yanvar 2020
Sabiq prezident qızının evindən görün, nələr tapıldı

Özbəkistanın sabiq Prezidentinin qızı Gülnara Kərimovanın bu ölkədəki evlərində ümumilikdə 985 adda sənət əsəri aşkar edilib.

Həmin əsərlərin arasında rəsmlər, bəzək əşyaları, keramika, ağacdan hazırlanan bədii məmulatlar və digər qiymətli əşyalar var. Bu əsərlər məhkəmənin qərarı ilə Özbəkistanın müxtəlif muzeylərinə təhvil verilib.

Özbəkistanın Baş Prokurorluğu, Ədliyyə Nazirliyi və digər aidiyyəti qurumlar Gülnara Kərimovanın cinayətkarlıq yolu ilə əldə etdiyi aktivlərin Özbəkistana qaytarılması istiqamətində İsveçrə, Fransa, Rusiya, Latviya və digər dövlətlərlə danışıqlar aparırlar. Bu ölkədən olan ekspertlər İsveçrə Federal Prokurorluğunun nümayəndələri ilə birgə Gülnara Kərimovanın Cenevrədəki villasında olan 70 sənət əsərinin dəyərini öyrənir və ölkəyə gətirilməsi üçün fəaliyyəti davam etdirirlər./azərtac

Xəbər lenti