Xəzər Xəbər

Öldüyü təsdiqlənən qadın dəfn günü dirildi – Həkimlər yanlış ölüm təsbit edib

Dünya | 15:14 • 12 Yanvar 2020
Öldüyü təsdiqlənən qadın dəfn günü dirildi

55 yaşlı qadın Belqaum şəhərində özəl klinikaya güclü hərarət və halsızlıqla gətirilib. Reanimasiyada o huşunu itirir. Həkimlərin reanimasion tədbirləri fayda vermədikdən sonra ölüm qeydə alınır.

XəzərXəbər medicina.az-a istinadən bildirir ki,hadisə Hindistanın Karnataka ştatında baş verib, xəstənin adı Malati Chougule. Xəstələrinin öldüyünü görən yaxınları meyiti yaşadığı kəndə aparırlar. Elə həmin gün qadının meyitini evin qarşısında qoyub, adətə görə yandırmaq mərasiminə hazırlaşanda, qadın oyanaraq gözlərini açaraq qalxıb.

Dəfn baş tutmayıb, qadın yenidən xəstəxanaya aparılıb. Güman edilir ki, xəstə ölməyib, komaya düşüb.


Kənd camaatı isə bu dirilməni möcüzə və işarə hesab edir.

Xəbər lenti