Ukraynanın baş naziri Aleksey Qonçaruk İranda təyyarə qəzasında ölən ukraynalıların ailələrinə 8,3 min dollar ödəniləcəyini bildirib.
Bu barədə Baş nazir özünün "Facebook” səhifəsində yazıb.
O əlavə edib ki, "Ukrayna Beynəlxalq Hava Yolları” faciədə ölən ekipaj üzvlərinin ailələrinə pul ödəyəcək:
"Nəzarət edəcəyik ki, hər bir həlak olanın ailəsinə Montreal Konvensiyasında nəzərdə tutulmuş sığorta ödənişi verilsin. Ədalətin bərpası üçün təyyarə qəzasında ölənlərin ailələrinə məhkəmə iddiaları, digər şikayət və ifadələrinin hazırlanmasında hüquqi dəstək verməyə də hazırıq"./publika.az