Xəzər Xəbər

İran sərnişin təyyarəsini bu bombardmançılara bənzədib SENSASİON MƏQAMLAR

Dünya | 12:27 • 12 Yanvar 2020
İran sərnişin təyyarəsini bu bombardmançılara bənzədib

Xəbər verdiyimiz ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Ukrayna Hava Yollarına məxsus "Boeing 737” sərnişin təyyarəsinin raketlə vurulduğunu təsdiq etdi.

Korpusun komandanı Əli Əmir Hacızadə hadisədən kədərləndiyini belə dilə gətirib: "Hava hücumundan müdafiə operatoru təyyarəni kruiz raketi sandığı üçün vurub. Operatorla danışığın qeydləri yayımlanacaq. Bütün məsuliyyəti üzərimizə götürürük. Olaydan çox kədərləndim. Kaş ki, mən ölsəydim...”

Mütəxəssislər təyyarənin vurulması ilə bağlı iki ehtimal üzərində dayanır.

1. ABŞ-ın İraqdakı hərbi bazalarına hücum anındakı cavab reaksiyasına hazırlıqdan qaynaqlana bilər.

İran İslamı İnqilab Keşikçiləri Koprusunun "Əl-Qüds” Xüsusi Təyinatlı Qüvvələrinin Komandanı Qasım Süleymaninin öldürülməsinə cavab olaraq İraqdakı ABŞ bazalarına təşkil edilən hücum və təyyarənin qızaya uğradığı tarix eynidir.

Belə bir tarixdə ABŞ-ın cavab vermə cəhdinin qarşısını almaq üçün İran ordusunun bütün qoşunları, xüsusilə, hava hücumundan müdafiə qüvvələri hazır vəziyyətdə olub. Lakin təyyarənin vurulması SEPAH-la Mülki Aviasiya İdarəsi arasındakı münasibətlərin pisliyindən xəbər verir. İranın "Tor-M1” batareyasının bir "Boeing 737”ni necə yanlışlıqla vurduğu ali rəsmilərdən veriləcək açıqlamalar gəlməyənə qədər anlaşılmayacaq durumdur.

Ehtimal ki, "Boeing 737” təyyarəsi İranın "Tor-M1” batareyası tərəfindən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-1B Lancer" və ya "B-52 Stratofortress" Starejti Bombardman Təyyarələrindən birinə bənzədilib.

"B-1B Lancer” və "B-52 Stratofortress” Starejti Bombardman Təyyarələri qəzaya uğrayan "Boeing 737”lə oxşar radar kəsişmə məkanlarına məxsusdur. İran ordusunun əsgərlərinə verilən təlimlərin qeyri-peşəkarlığı bə yetərsizliyi də burada böyük rol oynayıb. Bundan başqa, "Boeing 737”nin uçuşa keçməsi ilə birlikdə "Tor-M1”in radarında görünməyə başlanması hərbi heyətə verilən kəskin əmrlər və fərdi emosional hislər bu durumun gerçəkləşməsi ehtimalını gücləndirir.

2.ABŞ İranın hərbi texnoloji sistemlərinə müdaxilə edə bilər.

Qasım Süleymaninin öldürülməsindən sonra diqqətlər başqa istiqamətə çevrilsin deyə, ABŞ elektron müharibə tətbiq edilə bilər./publika.az

Xəbər lenti