Xəzər Xəbər

Ərəb Dövlətləri Liqası Liviyada baş vermiş faciə ilə bağlı bəyanat yayıb

Dünya | 15:18 • 6 Yanvar 2020
Ərəb Dövlətləri Liqası Liviyada baş vermiş faciə ilə bağlı bəyanat yayıb

Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Abul Qeyt Liviyanın paytaxtı Tripolinin cənubunda Əl-Hadbe rayonundakı hərbi akademiyaya aviasiya zərbələrini kəskin şəkildə pisləyən bəyanat verib.


AZƏRTAC MENA informasiya agentliyinə istinadla xəbər verir ki, bəyanatda insident nəticəsində həlak olan insanların ailələlərinə dərin hüznlə başsağlığı verilib, yaralanan insanlara tezliklə sağalmaları arzulanıb. Baş katib mülki obyektlərə və tibb ocaqlarına edilən hava hücumlarının ağır cinayət olduğunu da vurğulayıb. Bəyanatda tərəflərə silahlı münaqişəni dayandırmaq və münaqişəni danışıqlar yolu ilə həll etmək barədə çağırış yer alıb. Ərəb Dövlətləri Liqası Liviya xalqı ilə tam həmrəy olduğunu qeyd edərək bildirib ki, bu ölkədə sülhə nail olmaq istiqamətində səylərini davam etdirəcək.

Xəbər lenti