Xəzər Xəbər

Amerikanın Keniyadakı hərbi bazasında terror aktı nəticəsində ölənlər var

Dünya | 15:08 • 6 Yanvar 2020
Amerikanın Keniyadakı hərbi bazasında terror aktı nəticəsində ölənlər var

ABŞ-ın Keniyadakı hərbi bazasına terrorçular hücum ediblər. Nəticədə ABŞ-ın 1 hərbi qulluqçusu və Pentaqonun 2 amerikalı nümayəndəsi qətlə yetirilib.


AZƏRTAC ABŞ Silahlı Qüvvələrinin Afrikadakı komandanlığına istinadla xəbər verir ki, bu terror hücumuna görə məsuliyyəti Somalidəki "Hərəkat əş-Şəbab” qruplaşması öz üzərinə götürüb. Qısamüddətli atışma nəticəsində terrorçu qrupun 4 silahlı üzvü də öldürülüb.


ABŞ Silahlı Qüvvələrinin Afrikadakı komandanlığının rəhbəri Stiven Taunsend deyib: "Bu gün həlak olmuş komanda yoldaşlarımızın ruhuna onların ailələri və dostları ilə birlikdə biz də dua edirik”. S.Taunsend bildirib ki, bu hücuma görə məsuliyyət daşıyanlar, amerikalılara və ABŞ-ın mənafeyinə zərər vurmağa çalışanlar törətdikləri cinayətlərə görə cavab verəcəklər.


Terror aktı nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi sıradan çıxarılıb, ABŞ Müdafiə Nazirliyinin 2 əməkdaşı yaralanıb. Komandanlığın bəyanatında qeyd edilir ki, yaralananlar Keniyadan təxliyə edilib, onların vəziyyəti sabitdir.

Xəbər lenti