Xəzər Xəbər

NASA-dan dünyanı qorxudan açıqlama: “Əlaqə kəsildi”

Dünya | 15:44 • 6 Yanvar 2020
NASA-dan dünyanı qorxudan açıqlama:

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) yaydığı bir açıqlama dünya mediasının gündəmində bomba effekti yaradıb.

NASA fərqli planetləri təsbit etmək üçün hazırlanan süni peyklə ("sənəd portfeli”) əlaqənin kəsildiyini açıqlayıb.

NASA-nın "Jet Propulsion” laboratoriyası tərəfindən yayılan açıqlamada 2017-ci ildə Yer Kürəsinin ətrafına göndərilən peyklə dekabrın 5-dən əlaqə yaratmağın mümkün olmadığı bildirilib.

Xüsusi bir texnika ilə "planet ovu”na çıxan "Asteria” adlı peykin bir sənəd portfeli ölçüsündə olduğu qeyd edilib. Lakin əlaqənin hansı səbəbdən kəsildiyi açıqlanmayıb.

Olay dünya mediasında Yer Kürəsi üçün təhlükənin yaranması, NASA-nın bunu dünya ictimaiyyətdən gizlətməsi iddiasının yayılmasına yol açıb./teleqraf

Xəbər lenti

Çox oxunanlar