Xəzər Xəbər

Polşada tibbi-sosial müəssisədə yanğın baş verib, 4 nəfər ölüb

Dünya | 14:41 • 6 Yanvar 2020
Polşada tibbi-sosial müəssisədə yanğın baş verib, 4 nəfər ölüb

Ötən gecə Polşada tibbi-sosial müəssisədə yanğın baş verib.


Xezerxeber.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla gecə saat 03.00 radələrində Xoynitse şəhərində baş verən yanğın nəticəsində 4 nəfər ölüb, 22 nəfər xəsarət alıb.


Xəsarət alanların 2-i polis, 2-i tibbi-sosial müəssisənin əməkdaşı, qalanları xəstələrdir.Yanğının odla ehtiyatsız davranma - siqaret çəkilməsi zamanı baş verdiyi ehtimal olunur. Yanğın artıq söndürülüb.


Xoynitse şəhər meri 8 yanvar axşama qədər matəm elan edib.

Xəbər lenti