Xəzər Xəbər

İranı bu raketlərlə vuracaqlar ŞOK İDDİA

Dünya | 15:26 • 6 Yanvar 2020
İranı bu raketlərlə vuracaqlar

Tehran və Vaşinqton arasında iranlı general Qasım Süleymaninin öldürülməsi ilə yaranan gərginlik Yaxın Şərqdə müharibəyə çevrilərsə, İngiltərə nüvə sualtı qayıqlarından raketlərlə İranı vurmağa hazırdır.

Axar.az xəbər verir ki, bu barədə "San” nəşri Britaniya ordusundakı mənbələrinə istinadla məlumat yayıb. Nəşrin yazdığına görə, İngiltərə İrana ilk hücum edən tərəf olmaq istəməsə də, ABŞ-a dəstək verməyə hazırdır.

Potensial hərbi əməliyyata "Tomahavk” raketləri ilə təchiz edilmiş sualtı qayıqların qatıla biləcəyi qeyd edilib.

Sözügedən təklifin Britaniyanın Baş naziri Boris Consona tətildən qayıtdıqdan sonra təqdim ediləcəyi bildirilib.

Xəbər lenti