Xəzər Xəbər

Trampa BÖYÜK ŞOK: bu səlahiyyəti əlindən alınır

Dünya | 14:36 • 6 Yanvar 2020
Trampa BÖYÜK ŞOK:

ABŞ Konqresinin Nümayəndələr Palatası Donald Trampın İrana qarşı hərbi əməliyyatlar məsələsindəki səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan qətnaməni bu həftə müzakirəyə çıxaracaq.

Bu barədə Nümayəndələr Palatasının sədri Nensi Pelosi Demokratlar Partiyasından olan konqresmenlərə göndərdiyi məktubda bildirib.

Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını məhdudlaşdırmaq üçün bu həftə Nümayəndələr Palatası hərbi səlahiyyətlər haqqında qətnamə təqdim edəcək. Daha sonra isə səsvermə keçiriləcək.

"Qətnamə qanunvericilər tərəfindən növbəti addımların olmadığı təqdirdə administrasiyanın İrana qarşı hərbi əməliyyatların 30 gün ərzində dayandırılmasını tələb edərək, Konqresin çoxdan müəyyən edilmiş nəzarət öhdəliklərini təsdiq edir”, - N.Pelosi deyib./Publika.az

Xəbər lenti