Xəzər Xəbər

İrandan ABŞ-a SENSASİON TƏHDİD: Başını gətirənə 80 milyon dollar verəcəyik

Dünya | 14:30 • 6 Yanvar 2020
İrandan ABŞ-a SENSASİON TƏHDİD:

İslam İnqilabı Keşikçilәr Korpusunun "Qüds” briqadasının komandanı general Qasım Süleymaninin cənazəsi dünən İrana aparılıb.



Rəsmi İran televiziyasının canlı yayımladığı cənazə mərasimində üzü görünməyən İranın səlahiyyətli şəxsi ABŞ-ı təhdid edib:

"İranın 80 milyon əhalisi var. İranın nüfuzunu nəzərə alaraq ABŞ prezidenti Donald Trampın başını gətirənə 80 milyon dollar vermək istəyirik”.



İranın təhdidləri bununla bitməyib. İranlı millət vəkili Abolfazl Abotorabi ABŞ-ı "ürəyindən vurmaqla" təhdid edib. O bildirib ki, İran istəsə, Ağ Evi vura bilər. Abolfazl Abotorabi ABŞ-ın bu addımının müharibə çağırışı olduğunu deyib: "Əgər tərəddüd etsəniz, məğlubiyyətlə barışmalı olacaqsınız. Əgər biri sizə müharibəyə çağırırsa, çiçəklə qarşılıq verə bilərsinizmi? Sizi başınızdan vurarlar".

Publika.az

Xəbər lenti