Xəzər Xəbər

Çin XİN ABŞ-ı Yaxın Şərqdə hərbi güc tətbiq etməməyə çağırıb

Dünya | 12:56 • 6 Yanvar 2020
Çin XİN ABŞ-ı Yaxın Şərqdə hərbi güc tətbiq etməməyə çağırıb

Çinin Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ı Yaxın Şərqdə hərbi güc tətbiq etməməyə çağırıb.


APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Gen Şuanq İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" qüvvələrinin xüsusi təyinatlı komandiri, general Qasım Süleymaninin öldürülməsindən sonra regionda vəziyyətin kəskinləşməsini şərh edərkən deyib.


"ABŞ-ı və müvafiq tərəfləri güc tətbiq etməməyə, eskalasiyanın daha da artmaması və toqquşmanın intensivləşməsinin qarşısını almaq üçün təmkinli olmağa çağırırıq. Ziddiyyətləri azaltmaq üçün dialoq və məsləhətləşmələrin aparılması istiqamətində ən qısa müddətdə tədbirlər görmək vacibdir.


Yaxın Şərq və Körfəz regionunda vəziyyətin tədricən pisləşməsi hər iki tərəfin maraqlarına uyğun deyil. Bu, bölgədə sülh və sabitliyin qorunması bütün dünya üçün vacibdir.


Çin beynəlxalq münasibətlərdə hərbi gücün tətbiqinə qarşıdır", - deyə Çin XİN sözçüsü bildirib.


O qeyd edib ki, hərbi vasitələrdən istifadə edərək və maksimum təzyiq göstərmək siyasəti yürüdərək nəyəsə nail olmaq mümkünsüzdür.


"Biz bütün tərəflərin BMT Nizamnaməsinin prinsip və məqsədlərinə, o cümlədən beynəlxalq münasibətlərin təməl normalarını əməl etməli olduğuna inanırıq", - deyə Gen Şuanq əlavə edib.

Xəbər lenti