Xəzər Xəbər

Özbəkistan Tacikistan ilə sərhədinin minalardan təmizlənməsi işlərini başa çatdırıb

Dünya | 10:31 • 6 Yanvar 2020
Özbəkistan Tacikistan ilə sərhədinin minalardan təmizlənməsi işlərini başa çatdırıb

Özbəkistan Tacikistan ilə sərhədinin minalardan təmizlənməsi işlərini başa çatdırıb.


Minalardan təmizləmə işləri Özbəkistan ərazisində aparılıb.


Özbəkistan Tacikistan sərhədinin dağ ərazilərini ötən əsrin 90-cı illərində minalayıb. Rəsmi Daşkənd bunu İslam hərəkatı döyüşçülərinin Özbəkistan ərazisinə hücumunun qarşısını almaq üçün etdiyini söyləyib.


Tacikistan Milli mina mərkəzinin məlumatına görə, son 20 ildə minaların partlaması nəticəsində 374 Tacikistan vətəndaşı həlak olub, 485 nəfər isə yaralanıb. Bu dövrdə Tacikistan ərazisində mina təmizləmə işləri zamanı 20 minaçıxaran yaralanıb, 2 nəfər həlak olub. (AZƏRTAC)

Xəbər lenti