Xəzər Xəbər

Matteo Salvini və Papa Fransisk italyanların ən sevimli liderləridir

Dünya | 09:29 • 6 Yanvar 2020
Matteo Salvini və Papa Fransisk italyanların ən sevimli liderləridir

İtaliyanın "La Reppublica” qəzetinin keçirdiyi sorğu nəticəsində məlum olub ki, Papa Fransisk və Matteo Salvini italyanların ən sevdiyi siyasi liderlərdir. Bir-birinə əks iki personajın belə sevilməsi maraq doğurub.


AZƏRTAC xəbər verir ki, Şimal Liqasının liderlərindən olan Matteo Salvini İtaliya siyasətinin parlaq simalarındandır. O həmişə öz antiqlobal düşüncələri və Avropa İttifaqını tənqid etməsi ilə gündəmdə olur. Papa Fransisk isə dünyada incəlik, mehribanlıq, anlaşma və dözümlülük simvolu kimi tanınır. Ən maraqlısı isə odur ki, Salvini öz çıxışlarında tez-tez Papanı tənqid edir.

Xəbər lenti