Xəzər Xəbər

Xorvatiyada Prezident seçkisinin qalibi məlum olub

Dünya | 09:04 • 6 Yanvar 2020
Xorvatiyada Prezident seçkisinin qalibi məlum olub

Sosial-Demokrat partiyasının namizədi Zoran Milanoviç Xorvatiyada keçirilən Prezident seçkisində qalib gəlib.


Xezerxeber.az xəbər verir ki, bu barədə Xorvatiya Dövlət Seçki Komissiyasının məlumatında deyilir. 


Sosial-Demokrat müxalifət partiyasının namizədi Zoran Milanoviç seçicilərin 52,92 faiz səsini qazanaraq Xorvatiyada keçirilən prezident seçkisinin ikinci turunda qalib gəlib. Hazırki ölkə prezidenti Kolinda Qrabar-Kitaroviç seçicilərin yalnız 47,08 faiz səsini qazana bilib. Seçkidə 3,85 milyon seçici iştirak edib. Bunlardan 177 mini xaricdə yaşayan xorvatlardır.

Xəbər lenti