Xəzər Xəbər

Aleksandr Lukaşeviç: “Dağlıq Qarabağ kimi köhnə münaqişənin həlli üçün yeni reseptlərin tapılması çox çətindir”

Dünya | 16:36 • 16 Dekabr 2019
Aleksandr Lukaşeviç: “Dağlıq Qarabağ kimi köhnə münaqişənin həlli üçün yeni reseptlərin tapılması çox çətindir”

x"Dağlıq Qarabağ kimi köhnə münaqişənin həlli üçün yeni reseptlərin tapılması çox çətindir”.


APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç "Rossiya Seqodnya” İnformasiya agentliyində keçirilən Moskva-Vyana videokörpüsündə bildirib.


Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli 100 faiz ATƏT-in cavabdehliyində olan məsələdir: "Bratislavada keçirilən görüşdə Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirildi. Təəssüflər olsun ki, həmsədr ölkələr və Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin adından birgə bəyanat qəbul olunmadı. Təkcə həmsədrlər səviyyəsində bəyanat qəbul olundu".


Rusiyalı diplomat Qarabağ danışıqları ilə bağlı nikbin olduğunu da söyləyib: "Mən optimistəm. Burada nəticələr görünməsə də, əsas məsələ dinamikadır".

Xəbər lenti