Xəzər Xəbər

Türkiyədən ABŞ-a qarşı şok addım – Ərdoğan açıqladı

Dünya | 12:35 • 16 Dekabr 2019
Türkiyədən ABŞ-a qarşı şok addım – Ərdoğan açıqladı

"ABŞ Senatının 1915-ci ildə Osmanlı İmperiyasında baş verən olayları "soyqırım” kimi tanımasına cavab olaraq, biz də Amerika müstəmləkəsi dövründə hindularların soyqırımını tanıya bilərik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı tarixdə "erməni soyqırımı” kimi bir hadisənin baş vermədiyini, bununla bağlı arxivdə faktların yer almadığını bildirib:

"1915-ci il hadisələri ilə əlaqədar bir milyondan çox sənəd açdıq. Gəlin, oxuyun. Biz əllərimizdəki sənədlər əsasında danışırıq. Parlamentimizin eyni qərarları ilə sizə cavab verə bilərik. Bunu da edəcəyik. Amerika haqqında danışarkən hindular haqqında susmaq mümkündürmü? Bu, ABŞ üçün utanc verici bir səhifədir”./teleqraf

Xəbər lenti