Xəzər Xəbər

Ərdoğan AVRO-2020-nin oyunlarını izləmək üçün Bakıya gələcək

Dünya | 09:27 • 16 Dekabr 2019
Ərdoğan AVRO-2020-nin oyunlarını izləmək üçün

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AVRO-2020-nin final mərhələsinin oyunlarını izləmək üçün Bakıya gələ bilər.

Dövlət başçısı bu barədə ATV və "A Haber” telekanallarının ortaq yayımında bildirib. Ərdoğan bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə danışdığını söyləyib: "Bu da qəribə işdir - İtaliya ilə başlayırıq. İtaliya öz evində oynayır. Bu, necə bir işdir? Digər iki matçımızı Bakıda keçirəcəyik. Oradakı oyunlara gedə, Romaya getməyə bilərəm. Ancaq digər iki görüş Bakıda olacaq. İlham Əliyev qardaşımla da danışdım. Gözləyir. İnşallah, ora gedər, iki matçı izləyər və qrupdan çıxarıq”.

Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko” stadionunda qarşılaşacaqlar. (report)

Xəbər lenti