Xəzər Xəbər

Divara yapışdırılan əsər 120 min dollara satıldı

Dünya | 15:48 • 15 Dekabr 2019
Divara yapışdırılan əsər 120 min dollara satıldı

İtalyan rəssam Maurizio Cattelanın əsəri Parisdəki müasir sənət qalereyası "Perrotin” tərəfindən satışa çıxarılıb.

Qalereya Maurizionun bu işinin 15 ildə sənət sərgisinə etdiyi ilk töhfə olduğunu söyləyib.

"Komediya" adlı sənət əsəri banan və yapışdırıcı lentdən ibarətdir.

Satışdan əvvəl qalereyanın qurucusu Emmanuel Perrotin banan parçasının yumor məhsulu olduğunu söyləyib.

Alıcılar isə banan xarab olduqda nə ediləcəyinə dair təlimat olmadığını vurğulayıblar.

"Perrotin” qalereyasından verilən məlumata görə, rəssam bir il əvvəl bu fikri tapıb./teleqraf

Xəbər lenti