Xəzər Xəbər

Zəvvarların olduğu avtobus qəzaya düşdü 14 ölü var

Dünya | 11:14 • 15 Dekabr 2019
Zəvvarların olduğu avtobus qəzaya düşdü

Nepalda zəvvarların olduğu avtobusun 500 metr hündürlükdən uçuruma düşməsi 14 nəfərin həyatına son qoyub.

Qəzada 16 nəfər yaralanıb. Onlar yaxınlıqdakı tibb müəssisələrinə çatdırılıb.

Avtobus sürücüsü və onun köməkçisi də ciddi zərbə alıb. Polis və yerli sakinlər xilasetmədə iştirak edir.

Hadisə zamanı avtobusda 32 nəfər olub. Ölü sayının artacağı bildirilir.

Nəqliyyat vasitəsi Kalinçokdan paytaxt Katmanduya gedirmiş./publika.az

Xəbər lenti