Xəzər Xəbər

ABŞ Çexiyaya 12 helikopter satacaq - müqavilə imzalanıb

Dünya | 09:12 • 13 Dekabr 2019
ABŞ Çexiyaya 12 helikopter satacaq -

Pentaqon rəhbəri Mark Esper və Çexiyanın Müdafiə naziri Lubomir Metnar Çexiyaya təxminən 650 milyon dollar dəyərində 12 helikopter tədarük edilməsi barədə saziş imzalayıblar.


Xezerxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


"Tərəflər Çexiyanın səkkiz "UH-1Y Venom” çoxməqsədli helikopteri və dörd "AH-1Z Viper” hücum helikopteri ilə təmin edilməsinə dair müqavilə imzalayıblar. Mark Esperin "tarixi bir an” adlandırdığı müqavilə təxminən 650 milyon dollara bağlanıb. Bu, Çexiyanın ABŞ-la etdiyi ən böyük hərbi ticarətdir”, - deyə məlumatda qeyd olunur.

Pentaqondan bildirilib bu razılaşma Rusiyaya qarşı yönəlib: "Biz NATO müttəfiqlərimizlə birlikdə Rusiyadan artan təcavüzə qarşı mübarizə aparmağa davam edəcəyik. Həmçinin Çinin 5G texnologiyaları sahəsindəki təhdid və təhlükələrinə qarşı çıxmaq üçün də birlikdə çalışacağıq”.

Xəbər lenti