Xəzər Xəbər

“Kütləvi qırğın silahları daşıyır” – ABŞ-dan İrana ağır zərbə

Dünya | 15:42 • 12 Dekabr 2019
“Kütləvi qırğın silahları daşıyır”

ABŞ İranın gəmiçilik şirkətləri "E-Sail” və IRISL-ə, habelə hava yolları şirkəti "Mahan Air” -ə qarşı sanksiya tətbiq edib.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Sənəddə sanksiyaların tətbiq olunmasının səbəbinin sözügedən şirkətlərin kütləvi qırğın silahlarının daşımalarını həyata keçirmələri olduğu bildirilib.

Bundan əlavə, Dövlət Departamenti İran silahlarının Yəmənə qaçaqmalçılığına kömək edən daha səkkiz şirkətin sanksiya altında olduğunu açıqlayıb.

Sənəddə "Mahan Air” və onun üç satış agentinə qarşı sanksiyaların dərhal qüvvəyə mindiyi qeyd edilib./teleqraf

Xəbər lenti