Xəzər Xəbər

“Tramp Lavrovu qəbul etdi, amma...” – Peskovdan kritik açıqlama

Dünya | 15:17 • 12 Dekabr 2019
“Tramp Lavrovu qəbul etdi, amma...”

"ABŞ Prezidenti Donald Tramp və Rusiya xarici işlər naziri Sergey Lavrov arasındakı görüş əhəmiyyətli hadisə idi, ancaq iki ölkə arasındakı münasibətlərdə müsbət dəyişikliklər haqqında danışmağa ehtiyac yoxdur”.

Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov hazırkı durumda ikitərəfli münasibətlərdə müsbət dəyişikliyin olmadığını vurğulayıb:

"Əlbəttə, Rusiya nazirinin ABŞ prezidenti tərəfindən qəbul edilməsi vacib məqamdır. Amma bu günə qədər ikitərəfli münasibətlərdə hansısa müsbət dəyişikliklər barədə danışmağa ehtiyac yoxdur. Buna baxmayaraq, ancaq belə təmaslar vacibdir”./Teleqraf.com

Xəbər lenti