Xəzər Xəbər

Rus kəşfiyyatının intiqamı – Berlinlə Moskva arasında gərginlik yarandı

Dünya | 15:13 • 12 Dekabr 2019
Rus kəşfiyyatının intiqamı

Berlin səfirliyində kəşfiyyatçı olaraq fəaliyyət göstərən iki diplomatın deportasiya olunması haqda qərara görə Almaniyanın Rusiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağrılacaq.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəynat yayıb.

Xatırladaq ki, dekabrın 4-də Almaniya Xarici İşlər Nazirliyi açıqlama yayaraq, Vyana razılaşmasının 9-cu maddəsinə əsasən, Rusiyanın Berlindəki səfirliyinin iki əməkdaşının "persona non qrata”elan olunduğunu bəyan edib.

Bildirilib ki ki, bu addım avqustun 23-də Berlində yerləşən Tiergarten Parkında baş verən cinayətin araşdırılmasında rus məqamların əməkdaşlıq etmək istəmədiyi səbəbilə atılır.

Xatırladaq ki, Tornike.K adlı şəxs avqustun 23-də Tiergarten Parkında silahla öldürülüb. Cinayəti həyata keçirən Vadim adlı Rusiya vətəndaşı saxlanılıb, onun istifadə etdiyi silah isə ələ keçirilib. Sonradan mətbuatda xəbər yayıldı ki, Tornikeni öldürən şəxs kəşfiyyatçı olub.

Əlavə edək ki, Tornike. K Çeçenistanda Rusiyaya qarşı mübarizədə aktiv rol alıb. Onun öldürülməsi rus kəşfiyyatının intiqamı hesab olunur./teleqraf

Xəbər lenti