Xəzər Xəbər

ABŞ ölkənin hərbi bazalarında səudiyyəli tələbələrin istehsalat təlimini dayandırıb

Dünya | 13:39 • 12 Dekabr 2019
ABŞ ölkənin hərbi bazalarında səudiyyəli tələbələrin istehsalat təlimini dayandırıb

Birləşmiş Ştatlar ölkə ərazisində yerləşən hərbi bazalarda Səudiyyə Ərəbistanından olan tələbələrin istehsalat təlimini dayandırıb. O, bu addımı Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri (HHQ) zabitinin Florida hərbi-dəniz bazasında atəş açmasından sonra atıb.


Xatırladaq ki, Səudiyyə Ərəbistanı HHQ-nin hərbi qulluqçusu Məhəmməd Səid əl-Şəmrani dekabrın 6-da ABŞ Hərbi Dəniz Donanmasının Pensakolada (Florida ştatı) yerləşən bazasında odlu silahla üç nəfəri qətlə yetirib. Bir neçə adam, o cümlədən polis şerifinin iki müavini yaralanıb.


AZƏRTAC xəbər verir ki, təlimin dayandırılması hərbi hazırlıq keçmək üçün hazırda Birləşmiş Ştatlarda olan təqribən 850 səudiyyəli hərbi qulluqçuya şamil ediləcək.


ABŞ Dövlət Departamenti insidentin araşdırılmasında Səudiyyə Ərəbistanı ilə sıx əməkdaşlıq edir. Pentaqonun press-relizində deyilir ki, təhlükəsizliyin təmin edilməsi texnikası Səudiyyə Ərəbistanı hökumətinin dəstəyi ilə hərbi departamentlər tərəfindən təhlil edilənə qədər kursantların Amerika obyektlərinə və idarələrinə daxil olması məhdudlaşdırılacaq.

Xəbər lenti

Çox oxunanlar