Xəzər Xəbər

Həyatım boyunca bu kədərlə yaşayacağam - Putin

Dünya | 15:08 • 11 Dekabr 2019
Həyatım boyunca bu kədərlə yaşayacağam - Putin

Beslan şəxsən mənim və bütün ölkəmin faicəsidir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin İnsan Haqları Şurasının toplantısında çıxışı zamanı deyib.

"Həyatım boyunca yaşayacağım kədərdir. İnsanların əlavə yardıma ehtiyac olduğu təqdirdə, yardım etməliyik. Mütləq maraqlanacağıq”, - deyə dövlət başçısı Beslan olayları barədə danışarkən deyib.

Xatırladaq ki, 2004-cü ilin 1 sentyabrında – ilk dərs günü 30-dan çox terrorçu Şimali Osetiyanın Beslan şəhərində məktəbə hücum edərək mindən çox şagird və müəllimi girov götürmüşdü.

Girovları 3 gün ac-susuz saxlayan terrorçular məktəbdə ard-arda 2 partlayış törətmişdi.

Faciədə 334 nəfər həyatını itirmiş, 810 nəfər isə yaralanmışdı.

Xəbər lenti