Xəzər Xəbər

Müsəlman güləşçiyə ŞOK CƏZA: Şeyx Şamilə görə...

Dünya | 14:34 • 10 Dekabr 2019
Müsəlman güləşçiyə ŞOK CƏZA:

Güləşçi Əbdülrəşid Sədullayev Dağıstan və Çeçenistanın müsəlman lideri, "Qafqaz qartalı” Şeyx Şamilin fotosu əks olunmuş köynək geyindiyi üçün cəzalandırılıb.

 Beynəlxalq Güləş Federasiyası Sədullayevi 4 ay döşəkdən uzaqlaşdırıb.

Qeyd edək ki, güləşçi həmin köynəyi Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən çempionatın mükafatlandırma mərasimində geyinmişdi.

Xatırladaq ki, Əbdülrəşid Sədullayevin 1 olimpiya, 4 dünya və 4 Avropa çempionluğu var. O, ötən ay Dünya Çempionatında birinci olmuş və bu zəfərini Şeyx Şamilə həsr etmişdi./publika.az

Xəbər lenti