Xəzər Xəbər

ABŞ-dan Rusiya qarşısında nüvə silahı təşvişi - 2021-ci ildə...

Dünya | 14:21 • 10 Dekabr 2019
ABŞ-dan Rusiya qarşısında nüvə silahı təşvişi - 2021-ci ildə...

"Lavrov ilə görüşümüzdə nüvə silahlarına nəzarət və dövlətlərarası münasibətləri müzakirə edəcəyik”.

Bunu ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo deyib.

Ağ Evdə bu gün keçiriləcək görüşə dair "One America News Network”ə açıqlama verən Pompeo, Lavrovla Çini nüvə silahlarına nəzarəti müzakirə etmək üçün masaya oturtmaq istəyini bölüşəcək.

"Bir sıra məsələləri müzakirə edəcəyik. Şəxsən mən və prezident Tramp Rusiya ilə birlikdə edə biləcəyimiz işlər varsa, Amerika xalqı üçün bunu etmək məcburiyyətində olduğumuzu söylədik. Ümid edirəm ki, Lavrov ilə bu mövzuda irəliləyiş əldə edə biləcəyik. Prezidentin üzərində işləməyimizi istədiyi məsələlərdən biri də şirkətlərarası münasibətlərdir. İki ölkə arasında silahlara nəzarət problemləri var”.

Qeyd edək ki, Rusiya ilə ABŞ-ın nüvə silahlarını məhdudlaşdırmasını ehtiva edən START-3, iki ölkə arasında hazırda qüvvəsini qoruyan yeganə müqavilədir. Sazişin müddəti 2021-ci ildə başa çatacaq./publika.az

Xəbər lenti