Xəzər Xəbər

Ruhani geri çəkilib günlərdir gözlənən açıqlamanı verdi

Dünya | 18:21 • 9 Dekabr 2019
Ruhani geri çəkilib günlərdir gözlənən açıqlamanı verdi

İran prezidenti Həsən Ruhani ABŞ ilə yenidən müzakirə masasına oturulması məsələsində yaşıl işıq yandırıb.

Prezident müzakirələrin düşmənin plan və strategiyalarını uğrusuzluğa düçar edəcəksə, zəruri və inqilabi addım ola biləcəyini deyib.

Tehran Müəllimlər Univeritetində çıxış edən Ruhani ABŞ ilə nüvə sazişi imzalanmasının İranın lehinə olduğunu qeyd edib: "Bunun sayəsində gündəlik 1 milyon barel olan neft ixracı bu gün 2 milyon 800 minm barelə çıxarılıb. Düşmən təzyiq göstərmək istəyir. İran isə buna qarşı çıxır. Müzakirələr düşmənin plan və strategiyalarını uğrusuzluğa düçar edəcəksə, zəruri və inqilabi addım ola bilər”.

Ruhani nəhayət ki, ölkədə böyük etirazlara səbəb olan benzinin bahalaşması məsələsinə də aydınlıq gətirib: "Hər nə qədər qanuni baxımdan icazəmiz olmasa da, inqilabi dini liderimizdən aldığımız icazə ilə belə bir addım atdıq. Buradan əldə ediləcək gəliri yoxsullara paylayacağıq”.

Qeyd edək ki, benzinin 15 noyabrda 3 qat bahalaşması İran xalqının etirazlarına səbəb olmuş, akisyalar zamanı 208 nəfər ölmüşdü.publika.az

Xəbər lenti