Xəzər Xəbər

ABŞ-da faşist salamı verən həbsxana personalı işdən qovulub

Dünya | 19:26 • 6 Dekabr 2019
ABŞ-da faşist salamı verən həbsxana personalı işdən qovulub

ABŞ-da faşist salamı verən həbsxana personalının fotoşəkili ölkədə böyük qalmaqala səbəb olub. Bu şəkildə Qərbi Virciniya İslah və Reabilitasiya bölməsinin əməkdaşları üzərində "Hayl Byrd” yazılan divarın önündə kollektiv şəkildə nasist salamı verərkən əks olunublar.


AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, Qərbi Virciniya ştatının qubernatoru faşist salamı verən əməkdaşların işdən qovulması barədə əmr imzalayıb. Bildirilir ki, 30 nəfərlik həbsxana personalı təlim proqramında iştirakdan sonra bir yerə toplaşaraq xatirə şəkili çəkdirmək istəyiblər. Bu zaman onlardan biri faşist salamı verməyi təklif edib. Əməkdaşların adları açıqlanmır. Bu qalmaqalla bağlı ABŞ-ın Hərbi Məsələlər və İctimai Təhlükəsizlik Departamenti də məlumat yayıb.


Ştatın qubernatoru Cim Castis "The Washington Post” nəşrinə müsahibəsində sözügedən əməkdaşların hərəkətini kəskin şəkildə pisləyib və onların barəsində təhqiqat aparılacağını bildirib. O, bunu peşə vəzifəsinə xəyanət kimi qiymətləndirib.

Rubrikanın digər xəbərləri

Stoltenberq Ermənistana
Stoltenberq Ermənistana səfər edib
12:30
Rusiyanı yalnız bu səbəb dayandıra bilər
Rusiyanı yalnız bu səbəb dayandıra bilər AÇIQLAMA
17:47 • 18 Mart 2024
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib
16:52 • 18 Mart 2024
Putin prezident seçkilərində qalib gəlib
Putin prezident seçkilərində qalib gəlib 87,34%
09:00 • 18 Mart 2024
Vaşinqtonda silahlı hücum
Vaşinqtonda silahlı hücum 2 ölü, 5 yaralı
17:15 • 17 Mart 2024
Rusiyanı Ermənistanla birləşdirən yol
Rusiyanı Ermənistanla birləşdirən yol bağlandı
10:01 • 17 Mart 2024
Türkiyədə ağır yol qəzası
Türkiyədə ağır yol qəzası 15 Yaralı
09:30 • 17 Mart 2024

Xəbər lenti