Xəzər Xəbər

Fransada dizel yanacağı üzrə verginin artırılmasına görə etiraz aksiyası keçiriləcək

Dünya | 17:18 • 6 Dekabr 2019
Fransada dizel yanacağı üzrə verginin artırılmasına görə etiraz aksiyası keçiriləcək

Fransada yol-nəqliyyat təşkilatı (OTRE) dekabrın 7-də dizel yanacağına görə vergisinin artırılması əleyhinə 15 etiraz aksiyası keçirməyi planlaşdırır.


OTRE-nin ölkə üzrə, xüsusilə də sərhəd zonalarda, yanacaq daşıyıcıları tərəfindən 15 məkanda beynəlxalq yolları blokadaya alacaqlar.


Sürücülər 2020-ci il maliyyə layihəsində dizel yanacağı üzrə verginin artırılmasına etirazlarını bildirirlər. Hökumət dizel yanacağı vergisinin artımının il ərzində 140 milyon avro gəlir gətirəcəyini və bu vəsaitin nəqliyyat strukturunun təkmilləşməsinə sərf ediləcəyini bildirib.


Yol-nəqliyyat təşkilatı hesab edir ki, yük avtomobillərinin (TIR) sürücüləri artıq kifayət qədər çox vergi ödəyirlər. Dizel yanacağı vergisinin artması isə birbaşa onlara aid olur. Həmçinin verginin artması ilə sürücülər dizel yanacağının qiymətinin aşağı olduğu qonşu ölkələrdə yanacaq almağa üstünlük verəcəklər ki, bu da rəqabətliliyin azalmasına səbbə olacaq.

Xəbər lenti