"Hələ "S-400” məsələsində geri çəkilməmişik. Türkiyəni razı salmaq üçün danışıqları davam etdiririk”.
Bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məsləhətçisi Con Rud deyib.
Pentaqon rəsmisi Türkiyənin başqa istiqamətdə hərəkət etməli olduğunu bildirib: "Türkiyəni başqa istiqamətə yönəltmək üçün səyləri davam etdiririk. Məsələni həll etmək üçün dialoqun davam etdirilməsi vacibdir. Əlbəttə, Türkiyə NATO-nun qiymətli üzvüdür”./teleqraf