Xəzər Xəbər

Davudoğlu və Babacanın partiyasının adı – Yeni gəlişmə

Dünya | 15:06 • 5 Dekabr 2019
Davudoğlu və Babacanın partiyasının adı

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunun quracağı siyasi partiyanın adı dəqiqləşməyə başlayıb.

Yeni təşkilat üçün Bir Partiya, Birlik və İslahat Partiyası və Bizim Partiya kimi üç variant təklif olunub.

Siyasi analitik Əbdülqədir Səlvi həftənin sonuna qədər Davudoğlunun partiyasının adı və embleminin dəqiqləşəcəyini bildirib.

Təşkilatın embleminin çinar yarpağı olacağını qeyd edən Səlvi ad məsələsinin hələlik müzakirə mövzusu olduğunu vurğulayıb.

Analitik baş nazirin keçmiş müavini Ali Babacanın da partiya quruculuğu işinin yekunlaşmaq üzrə olduğunu qeyd edib. O, Babacanın artıq məsələ ilə əlaqədar Türkiyə Daxili İşlər Nazirliyinə müraciət etdiyini deyib:

"Babacan partiyanı ilin sonuna və ya gələn ilin əvvəlinə qədər təqdim edə bilər”.

O, Ali Babacanın partiyasının adının da hələlik bəlli olmadığını söyləyib./teleqraf

Xəbər lenti