Xəzər Xəbər

Qazaxıstan və Türkiyə arasında vacib hərbi anlaşma Birgə əməliyyatlar

Dünya | 12:28 • 5 Dekabr 2019
Qazaxıstan və Türkiyə arasında vacib hərbi anlaşma

Qazaxıstan parlamenti Türkiyə ilə imzanan hərbi əməkdaşlıq razılaşmasını ratfikasiya edib.

Buna qədər iki ölkə arasında hərbi məsələlər 1993 və 1994-cü illərdə imzalanan hərbi, texniki və təhsil anlaşmaları əsasında nizamlanırdı.

Ancaq ötən ilin sentyabrında tərəflər arasında Ankarada yeni hərbi razılaşma əldə edlib. Razılaşma Qazaxıstanla Türkiyə arasında hərbi əməkdaşlıq, əsgər hazırlığı və təhsil, ortaq təlimlərin keçirilməsi, hərbi sənaye, sülh əməliyyatları və digər məsələləri nəzərdə tutur./teleqraf


Xəbər lenti