Xəzər Xəbər

5 terrorçu Türkiyə Silahlı Qüvvələrinə təslim oldu

Dünya | 09:37 • 5 Dekabr 2019
5 terrorçu Türkiyə Silahlı Qüvvələrinə təslim oldu

5 PKK terrorçusu Türkiyənin Silopi vilayətindəki təhlükəsizlik qüvvələrinə təslim olub.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi bildirib.

Nazirlikdə qeyd ediblər ki, PKK terrorçuları Türkiyə Silahlı Qüvvələrinin qətiyyətli əməliyyatları nəticəsində təslim olmağa davam edir:

"Nəhayət, İraqın şimalındakı sığınacaqlardan qaçan 5 PKK terrorçusu Silopidəki təhlükəsizlik qüvvələrimizə təslim olub"./publika.az

Xəbər lenti