Xəzər Xəbər

Ankarada keçirilən konfransda Argentinadakı ermənilərin təhlükəli fəaliyyətindən bəhs olunub

Dünya | 21:52 • 4 Dekabr 2019
Ankarada keçirilən konfransda Argentinadakı ermənilərin təhlükəli fəaliyyətindən bəhs olunub

Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzində (AVİM) "Argentinadakı ermənilərlə bağlı araşdırma” mövzusunda konfrans keçirilib.


AZƏRTAC xəbər verir ki, tədbirdə saxta "erməni məsələsi”ni tədqiq edən alimlər, keçmiş səfirlər, QHT və KİV təmsilçiləri iştirak ediblər.


Əvvəlcə Avrasiya Araşdırmalar Mərkəzinin sədri Alev Kılıç AVİM-in davamlı olaraq təşkil etdiyi konfransların əhəmiyyətindən, o cümlədən budəfəki tədbirin məruzəçisi Ankara Universitetinin doktorantı Mehtap İnal Kutlutürkün tədqiqatlarından danışıb.


Tədqiqatçının ermənilərin Argentinaya necə getməsi, orada təşkilatlanmaları, hazırkı fəaliyyətləri və dünya erməni lobbiçiliyinin işində yerləri və rolları ilə bağlı çıxışı maraqla qarşılanıb.


Məruzəçi diqqətə çatdırıb ki, saxta "erməni soyqırımı” iddiasında fəal tərəf olan argentinalı ermənilərin bu ölkədəki təxribatçı fəaliyyətləri çoxşaxəli xarakter daşıyır. O, tarixi faktlar və rəsmi sənədlərlə əsaslandırıb ki, Argentina müstəqilliyini qazanandan sonra ölkədə sosial-iqtisadi inkişafa nail olmaq üçün "açıq qapı” siyasəti yürüdüb. Bu fürsətdən istifadə edən ermənilər dünyanın ayrı-ayrı ölkələrindən köç edərək argentinalı olublar. Ermənilər başqa yerlərdə olduğu kimi, burada da yerlərini möhkəmləndirəndən sonra ölkənin ictimai-siyasi həyatında fəallıq göstərməyə başlayıblar. Bu fəallığın əsasında uydurma "erməni soyqırımı” ilə bağlı ölkə ictimaiyyətində və siyasi dairələrdə yanlış fikir formalaşdırmaq dayanıb.

Xəbər lenti