Xəzər Xəbər

Ötən ay 370 minə yaxın suriyalı vətəninə qayıdıb

Dünya | 18:15 • 4 Dekabr 2019
Ötən ay 370 minə yaxın suriyalı vətəninə qayıdıb

Noyabrda 369 min 690 suriyalı Türkiyədən öz vətəninə qayıdıb. Hazırda Türkiyədə rəsmi qeydiyyatda olan suriyalıların sayı 3 milyon 691 min 333 nəfərdir.


Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən məlumat verilib.


Məlumatda qeyd edilib ki, ötən ay ölkədə 42 min 311 miqrant saxlanılıb. Onlardan 6401-i dəniz vasitəsilə qanunsuz yollarla Türkiyə ərazisini keçmək istəyərkən ələ keçirilib.


Ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən miqrantlara kömək etməkdə şübhəli bilinən 1210 nəfər saxlanılıb. Onlardan 250-i həbs edilib.

Xəbər lenti