Xəzər Xəbər

Rusiya ilə Ukrayna neft tranziti sazişinin müddətini 10 il uzadıb

Dünya | 15:22 • 4 Dekabr 2019
Rusiya ilə Ukrayna neft tranziti sazişinin müddətini 10 il uzadıb

Rusiya ilə Ukrayna arasında neftin Ukrayna üzərindən nəqlinə dair sazişin müddəti 10 il uzadılıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə Ukraynanın dövlət neft şirkəti "Ukrtransnafta” məlumat yayıb. Bildirilir ki, "Ukrtransnafta”nın baş direktoru Nikolay Gavrilenko ilə Rusiya dövlət neft neft şirkəti "Transeft”in vitse-prezidenti Serqey Andronov Kiyevdə görüşüb. Tərəflər Ukrayna üzərindən neft nəqlinə dair sazişin müddətinin uzadılmasına dair sənəd imzalayıblar.


Sənədə əsasən, Rusiya neftinin Ukrayna üzərindən nəqli üzrə sazişin müddəti 10 il uzadılıb. "Ukrtransnafta” ilə "Transeft” arasındakı əməkdaşlığın əsas prinsipləri və neft tranziti xidmətlərinə görə ödəmə qaydaları dəyişməyib.


Qeyd edək ki, mövcud sazişin müddəti dekabrın 31-də başa çatmalı idi.


Rusiya dünyanın ən uzun neft boru kəmərlərindən olan "Drujba” ilə Ukrayna üzərindən bəzi Şərqi Avropa ölkələrinə gündəlik 1,2-1,4 milyon barrel neft göndərir.

Xəbər lenti