Xəzər Xəbər

“Sony” milyonlarla “Playstation” satıb rekorda imza atdı

Dünya | 15:46 • 4 Dekabr 2019
“Sony” milyonlarla “Playstation” satıb

"Playstation” tarixdə ən çox satılan oyun konsolu olaraq "Ginnesin rekordlar siyahısı”na düşüb. Bu barədə şirkət rəsmi "Twitter” səhifəsində bildirib.


25 il ərzində "Sony” şirkəti müxtəlif nəsilli 450 milyon ədəd "Playstation” satıb.


1994-cu ildə çıxan ilk "Playstation” 102,5 milyon tirajı ilə satılıb. "Playstation-2” 2000-ci ilin ən satılan "oyuncağı” olub – 155 milyon ədəd. 2006-ci ildə işıq üzü görən "Playstation-3” ən zəif satılan model olub – 87 milyon ədəd.


2013-cü ildə "Playstation-4”lə mövqelərini qaytararaq "Sony” 102,8 milyon ədəd konsol satıb.


Şirkət bəyan edib ki, "Playstation-5” 2020-ci ilin axırında buraxılacaq.

Xəbər lenti