Xəzər Xəbər

BMT-nin İsraildən tələbi Holan yüksəkliklərini tərk et!

Dünya | 11:39 • 4 Dekabr 2019
BMT-nin İsraildən tələbi

BMT Baş Assambleyası İsraildən işğal edilmiş Holan yüksəkliklərini tərk etməyi tələb edən qətnamə qəbul edib.

Qətnamənin lehinə 91 dövlət səs verib. Qeyd edilir ki, 9 dövlət sənədə qarşı çıxıb.

Daha 65 ölkə səsvermədə bitərəf qalıb.

Qətnamənin mətnində BMT Baş Assambleyasının yenidən Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Suriyanın Holan yüksəkiklərindən 4 iyun 1967-ci ildə mövcud olmuş xəttə əsasən bütün işğal edilmiş ərazilərdən geri çəkilməsi tələb edilir.

Baş Assambleyanın sənədində bildirib ki, İsrailin 14 dekabr 1981-ci ildən işğal etdiyi Holan yüksəkliklərində öz qanunlarını, yurisdiksiyanı və idarəetməni təyin etməsi ilə bağlı qərarı etibarsızdır və heç bir hüquq qüvvəyə malik deyil./Teleqraf

Xəbər lenti