Xəzər Xəbər

Türkiyədə zirehli hərbi maşın aşıb

Dünya | 19:52 • 3 Dekabr 2019
Türkiyədə zirehli hərbi maşın aşıb

Türkiyənin Tunceli vilayətinin Pülümür rayonu ərazisində içərisində hərbçilərin olduğu zirehli avtomobil qəzaya uğrayıb.


AZƏRTAC xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində baş verən qəza nəticəsində xəsarət alanlar var. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadası cəlb olunub.

Xəbər lenti